Cənubi Koreya qubernatoru demoqrafiyanı yüksəltmək üçün "bakirə qızların idxalına" çağırıb
Cənubi Koreyanın Çindo dairəsinin qubernatoru Kim Hi Su demoqrafik böhranla mübarizə aparmaq üçün digər ölkələrdən "bakirə qızların idxalını" təklif edib. Bu barədə Oxuməni.az "South China Morning Post" qəzetinə istinadla xəbər verir.
Rəsmilərin sözlərinə görə, gətirilən gəlinlər kənd yerlərində yaşayan subay kişilərə ərə verilməlidir. Kim Hi Su potensial namizədlər kimi Şri-Lanka və Vyetnamdan olan qızları göstərib, xüsusilə bakirəlik meyarına diqqət çəkib. Qubernatorun sözlərinə görə, region ciddi əhali azalması ilə üzləşir ki, bu da yerli iqtisadiyyatın dayanıqlı inkişafını təhlükə altına qoyur.
"Əgər insanlar yoxdursa, sənayeni xilas etməyin nə mənası var?" – siyasətçi sual edib. Qubernatorun təklifi artıq geniş diqqət çəkib və həm Cənubi Koreyada, həm də onun hüdudlarından kənarda canlı müzakirələrə səbəb olub. Ekspertlər və ictimaiyyət bu təşəbbüsü müxtəlif mövqelərdən qiymətləndirirlər: demoqrafik problemin kəskinliyini etiraf etməkdən tutmuş, onun həlli üsullarına qarşı tənqidlərə qədər, bir çoxları bunu mübahisəli hesab edir və qadınların hüquqlarını və maraqlarını nəzərə almır.
Almaz Həsənli






















.jpg)
.jpg)
.jpg)

























































