Ukrayna Krım və Donbasın Rusiya ərazisi kimi tanınmamasını prinsip məsələsi adlandırdı
Kiyev heç vaxt Moskvanın Donbas və Krım üzərində suverenliyini tanımayacaq, Ukraynanın xarici işlər naziri Andrey Sibiha Reuters agentliyinə verdiyi müsahibədə bildirib.
Nazirin sözlərinə görə, hər hansı bir ölkənin belə bir qərarı "hüquqi cəhətdən etibarsız" olacaq.
"Biz bunu heç vaxt tanımayacağıq. Bu, beynəlxalq hüququn pozulması olardı. Bu, Ukrayna ilə bağlı deyil. Bu, prinsiplə bağlıdır", - Sibiha vurğulayıb.
5 fevralda Polşanın Baş naziri Donald Tuskla birgə mətbuat konfransında Vladimir Zelenski Moskvanın bütün Donbasın Rusiya ərazisi kimi tanınması tələbini rədd etdi. O, "Ukrayna ərazilərinin Ukrayna ərazisi olaraq qaldığını" bildirdi.
Elə həmin gün Dövlət Dumasının deputatı və Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Svetlana Jurova Gazeta.Ru-ya bildirib ki, ABŞ və Avropa Ukraynadakı münaqişənin həlli ilə bağlı razılaşma bağlandıqdan sonra Krım və Donbası rəsmi olaraq Rusiyanın əraziləri kimi tanıyacaqlar.
Əziz Mustafa



































































.jpg)
.jpg)
.jpg)













