Kanada ABŞ ilə münasibətlərin pisləşməsi səbəbindən F-35 qırıcılarının alınması qərarına yenidən baxır

Kanada ABŞ ilə münasibətlərin pisləşməsi səbəbindən F-35 qırıcılarının alınması qərarına yenidən baxır

15:27
Bəyəndim (2) Bəyənmədim (0)


Kanada ABŞ ilə münasibətlərin pisləşməsi səbəbindən 2022-ci ildə planlaşdırılan Lockheed Martin F-35 qırıcılarının alınmasının məqsədəuyğunluğu barədə düşünür.
Oxuməni.az xəbər verir ki, bu barədə “The Hill” nəşrində dərc olunan məqalədə deyilir.
Kanada ən azı 16 təyyarə almağı öhdəsinə götürmüşdü və indi Baş nazir Mark Karni daha 72 təyyarə sifariş etməyin, yoxsa dünya bazarında digər alternativləri nəzərdən keçirməyin dəyərini ölçür.
Əlavə amillər zamanla ortaya çıxan çatdırılma gecikmələri və təyyarələrin qiymətinin artmasıdır.
Karni hələ 2025-ci ilin mart ayında satınalma qərarına yenidən baxılmasını başlatmışdı, proses hələ də davam edir.
Vəziyyət keçən ay ABŞ-ın Kanadadakı səfiri Pit Hukstra CBC-yə verdiyi müsahibədə Ottavanın F-35 almaq istəmədiyi təqdirdə, ABŞ-ın NORAD (Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı) müdafiə tərəfdaşlığında dəyişikliklər edə biləcəyini söylədikdə gərginləşdi.
Dövlət Departamenti daha sonra şərh etdi ki, Hukstra 1957-ci ildən mövcud olan müqavilənin dəyişdirilməsi ilə hədələməyib və eyni zamanda bunun "Şimali Amerikanın müdafiə strukturunda əhəmiyyətli bir boşluq yaradacağını" bildirib.
Alternativ olaraq, Karni hökumətinin İsveçin JAS 39 Gripen təyyarələrini nəzərdən keçirdiyi iddia edilir. Hərbçilər arasında F-35-lərin ən yaxşı həll yolu olaraq qaldığına dair bir çox tərəfdar var, lakin Amerika qırıcılarının alınmasının Kanadanı ABŞ-dan və Vaşinqtonun getdikcə daha qeyri-müəyyən xarici siyasətindən həddindən artıq asılı vəziyyətə salacağı barədə də arqumentlər səslənir.
İctimai rəy sorğusu göstərdi ki, vətəndaşların 72%-i İsveçin Gripen təyyarələrinin alınmasını dəstəkləyir - ya onlara strateji keçidlə, ya da F-35 və Gripen təyyarələrinin "qarışıq" donanmasının saxlanması ilə. Sorğuda iştirak edənlərin yalnız 13%-i Kanadanın əsas qırıcısı olaraq F-35-i saxlamalı olduğuna əmindirlər.
Almaz Həsənli