Kellog Tramp administrasiyasından ayrılmasının səbəbini açıqladı

Kellog Tramp administrasiyasından ayrılmasının səbəbini açıqladı

13:57
Bəyəndim (2) Bəyənmədim (0)


Donald Trampın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kit Kellog, 2025-ci ilin sonlarında administrasiyadan ayrılmasının səbəbini vəzifə məhdudiyyətlərindən azad olmaq istəyi ilə izah edib. Oxuməni.az-ın məlumatına görə, Kellog bu barədə "Kyiv Independent" qəzetinə verdiyi müsahibədə bildirib.
"Mən hökumətdən kənarda, Ukrayna haqqında daha açıq və sərbəst danışa biləcəyim bir yerdə daha çox vaxt keçirmək istəyirdim, hakimiyyət daxilində olduğumdan daha çox," - o, qəzetə verdiyi müsahibədə belə deyib.
O qeyd edib ki, hazırda "America First Policy Institute" analitik mərkəzində işləmək ona Rusiya təcavüzü barədə daha sərbəst və ictimai şəkildə danışmaq imkanı verir. Kellog ABŞ prezidenti ilə münaqişə barədə şayiələri qəti şəkildə rədd edərək, öz gedişini açıq analitik fəaliyyətə keçid üçün məntiqli addım adlandırıb.
Yanvar 2025-ci ildə Kellog Rusiya və Ukrayna üzrə xüsusi nümayəndə təyin edilmişdi, daha sonra Tramp onun səlahiyyətlərini yalnız Ukrayna üzrə nümayəndə ilə məhdudlaşdırdı. Əvvəllər KİV-lər onun 2025-ci ilin sonuna qədər Tramp administrasiyasındakı vəzifəsindən ayrılacağını xəbər vermişdi.
Noyabr ayında “Reuters” agentliyi mənbələrə istinadən yazmışdı ki, Kellog 2026-cı ilin yanvarında vəzifəsindən ayrılmağı planlaşdırır. Bildirilirdi ki, xüsusi nümayəndə öz ətrafına yanvar ayının vəzifəsindən ayrılmaq üçün uyğun vaxt olduğunu aydın şəkildə bildirib.
"The Telegraph" qəzetinin məlumatına görə, Kellog istefa qərarına Donald Trampın Ukrayna ilə bağlı yeni planı ilə razı olmadığına görə gəlib.
Almaz Həsənli