ABŞ-ın vitse-prezidenti  Vens Olimpiya Oyunlarının açılış mərasimindən sonra regiona gələcək

ABŞ-ın vitse-prezidenti  Vens Olimpiya Oyunlarının açılış mərasimindən sonra regiona gələcək

12:17
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ-ın vitse-prezidenti Cey Di Vens Milan Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ermənistan və Azərbaycana səfər edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Qış Olimpiya Oyunlarının açılış mərasimində vitse-prezident Vens həyat yoldaşı Uşa Vens, dövlət katibi Marko Rubio və ABŞ-ın İtaliyadakı səfiri Tilman Fertittadan ibarət Amerika nümayəndə heyətinə rəhbərlik edəcək.
“Associated Press” yazır: "İtaliyadan sonra Vens Ermənistan və Azərbaycana gedəcək, burada Tramp ona iki ölkə arasında qırx illik münaqişəyə son qoymaq məqsədi daşıyan saziş hazırlamağı tapşırıb", lakin ABŞ vitse-prezidentinin Ermənistan və Azərbaycana hansı gün gələcəyini dəqiqləşdirilmir.
İtaliyanın Milan şəhərində Qış Olimpiya Oyunlarının açılışı fevralın 6-da olacaq.
ABŞ prezidenti Donald Tramp yanvarın sonunda ABŞ-ın vitse-prezidenti Cey Di Vensın Ermənistan və Azərbaycana qarşıdan gələn səfərini elan edib.
ABŞ prezidenti “Truth Social”-da yazıb: "Biz Azərbaycanla strateji tərəfdaşlığımızı dərinləşdirəcəyik, Ermənistanla nüvə əməkdaşlığı üzrə böyük sülh sazişi imzalayacağıq, yarımkeçirici istehsalçılarımızla müqavilələr bağlayacağıq, Azərbaycana Amerika istehsalı olan zirehli jiletlər və qayıqlar kimi müdafiə avadanlıqları satacağıq və daha çox şey edəcəyik".
Almaz Həsənli