Avstraliya hərbi obyektlərini satır

Avstraliya hərbi obyektlərini satır

11:14
Bəyəndim (1) Bəyənmədim (0)


Avstraliya hökuməti ölkənin ən böyük şəhərlərində yerləşən bazalar da daxil olmaqla, onlarla hərbi obyektin satışa çıxarılmasını planlaşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı məlumat yayıb.
Səbəb kimi müdafiə qabiliyyətindəki çatışmazlıqları qismən kompensasiya etmək istəyi göstərilir.
ABC-nin məlumatına görə, söhbət Avstraliya Müdafiə Qüvvələrinin balansında olan 67 obyekt haqqındadır. Onların bir çoxu demək olar ki, istifadə olunmur və ya baxımsız vəziyyətdədir.
Siyahıya Sidney, Brisfben və Melburndakı “Victoria Barracks” kazarmaları, Spectacle Island adası və Yeni Cənubi Uels ştatındakı “HMAS Penguin” hərbi-dəniz bazası kimi yerlər daxildir.
Rəsmi qurumların ilkin qiymətləndirmələrinə görə, satışdan büdcəyə 1,8 milyard dollara qədər vəsait daxil ola bilər. Əldə edilən vəsaitin müdafiə qabiliyyətindəki "kritik boşluqları" aradan qaldırmaq və investisiyaları ölkənin şimal bazalarına, həmçinin AUKUS proqramı çərçivəsindəki infrastruktura (AUKUS, "nüvə sualtı qayıq ittifaqı" kimi tanınan, Avstraliya, Böyük Britaniya və ABŞ-ın Hind-Sakit Okean regionundakı üçtərəfli müdafiə ittifaqıdır. 2021-ci ilin sentyabrında yaradılıb) yönəltmək planlaşdırılır.
Müdafiə əmlakının aparılmış auditi göstərib ki, obyektlərin əksəriyyətinin təmiri iqtisadi cəhətdən məqsədəuyğun deyil və onların mövcud vəziyyətinin qorunması mümkün deyil.
Müdafiə naziri Riçard Marlzın bildirdiyinə görə, artıq və köhnəlmiş əmlak fondunun olması problemi "çoxdan" məlum idi.
Onun sözlərinə görə, "İkinci Dünya müharibəsindən bəri ən çətin strateji şəraitdə" Kanberra şimal və qərb sərhədlərinin gücləndirilməsi məsələlərinə, o cümlədən “HMAS Stirling” bazasının və Şimal ərazisindəki obyektlərin genişmiqyaslı modernləşdirilməsinə diqqət yetirməyə məcburdur.
Almaz Həsənli