Ərəb müttəfiqləri ABŞ-ı İranla danışıqları ləğv etməməyə inandırıb
Vaşinqton və Tehran arasında nüvə proqramı ilə bağlı danışıqların Maskatda keçirilməsi, böyük ölçüdə ərəb müttəfiqlərinin ABŞ prezidenti Donald Trampa təzyiqi sayəsində baş tutacaq. Bu barədə Oxuməni.az “Axios”-un mənbələrə istinadən verdiyi məlumata görə xəbər verir. Portalın məlumatına görə, regiondakı ən azı doqquz ölkənin başçıları Ağ Evə görüşü ləğv etməmək xahişi ilə müraciət ediblər.
"Onlar bizdən görüş keçirməyimizi və İranın nə demək istədiyini dinləməyimizi xahiş etdilər. Biz ərəb ölkələrinə bildirdik ki, əgər israr edirlərsə, görüşə razıyıq. Lakin biz şübhə ilə yanaşırıq", - deyə nəşrin həmsöhbəti bildirib. Başqa bir mənbə qeyd edib ki, Vaşinqton regiondakı müttəfiqlərinə hörmət əlaməti olaraq və diplomatik yolla getmək istədiyi üçün görüşə razılıq verib.
Ölkə nümayəndələrinin danışıqları fevralın 6-na planlaşdırılıb. “Financial Times” xəbər verirdi ki, əvvəlcə Vaşinqton İstanbulda çoxtərəfli formatda danışıqların keçirilməsində israr edirdi, lakin İran görüşün Omanda təşkil edilməsini tələb edib. Ağ Ev bu tələbləri bəyənməyib və görüşün ləğv edilməsini istəyib.
Almaz Həsənli





















.jpg)
.jpg)
.jpg)





































.jpg)



















.jpg)
