Fransa əsas nüvə gücləri arasında silahlara nəzarətin tərəfdarıdır

Fransa əsas nüvə gücləri arasında silahlara nəzarətin tərəfdarıdır

07:53
Bəyəndim (2) Bəyənmədim (0)

Fransa əsas nüvə gücləri arasında strateji silahlara nəzarətin tərəfdarıdır. Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavro bunu brifinqdə bildirib.

"Bizə gəldikdə isə, Fransa ən böyük nüvə arsenalına malik dövlətlər arasında strateji silahlara nəzarətin tərəfdarıdır", - deyə o, Rusiya-Amerika Strateji Silahların Azaldılması Müqaviləsinin müddəti bitməsi ərəfəsində Fransanın mövqeyi ilə bağlı şərh istəyinə cavab olaraq bildirib.

Onun sözlərinə görə, Fransa ölkənin nüvə arsenalını milli təhlükəsizliyi təmin etmək və potensial təcavüzkarları çəkindirmək üçün lazım olan minimum səviyyədə saxlayan ciddi kifayətlilik doktrinasına sadiqdir. Konfavro qeyd edib ki, "bu doktrinaya görə biz Yeni START-in tərəfi deyildik".

O əlavə edib ki, artıq 5 fevralda "Yeni START-in ləğvi ilə Soyuq Müharibədən bəri ilk dəfə olaraq dünyanın ən böyük nüvə arsenallarına qoyulan bütün məhdudiyyətlər aradan qalxacaq".

Konfavro əvvəllər Fransanın nüvə arsenalının ABŞ və ya Rusiyanın arsenalları ilə müqayisə edilə bilməyəcəyini və Parisin hər hansı strateji silahlara nəzarət danışıqlarına qoşulmaq üçün heç bir səbəbinin olmadığını bildirmişdi.

Əziz Mustafa