İran prezidenti ABŞ ilə danışıqlara başlamaq barədə əmr verib
İran prezidenti Məsud Pezeşkiyan, İranın nüvə proqramı ilə bağlı Amerika Birləşmiş Ştatları ilə danışıqlara başlamaq barədə əmr verib.
Oxuməni.az-ın xəbərinə görə, bu barədə İranın "Fars" agentliyi hökumətdəki mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, İran və ABŞ arasında danışıqlar yalnız nüvə proqramı ilə bağlı olacaq.
“Reuters”-in məlumatına görə, ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçı yaxın günlərdə Türkiyədə danışıqlar üçün görüşə bilərlər.
Görüşün dəqiq tarixi və yeri hələ müəyyən edilməyib.
KİV-lər daha əvvəl xəbər vermişdi ki, ABŞ administrasiyası bir sıra kanallar vasitəsilə İrana razılıq əldə etmək üçün danışıqlara hazır olduğunu bildirən mesaj göndərib.
Bu arada, İran Xarici İşlər Nazirliyindən verilən məlumata görə, ABŞ ilə danışıqlar üçün çərçivənin yaxın günlərdə hazır olacağı gözlənilir.
Almaz Həsənli


















.jpg)
.jpg)
.jpg)
























.jpg)








.jpg)



























