Tramp BMT-yə üzvlük haqqını ödəməyən ölkələrə zəng edə biləcəyini və onlar "bir neçə dəqiqə ərzində çek göndərəcəklərini" söyləyib
Donald Tramp, BMT-yə üzvlük haqlarını ödəməyən ölkələrin borclarını ödəməyə məcbur edə biləcəyini, yalnız təşkilatın ondan xahiş etməsi şərtilə, ABŞ-ın BMT qarşısındakı öhdəliklərindəki gecikmələrdən xəbəri olmadığını bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
"Əgər onlar [BMT] Trampа müraciət edib bu barədə ona desəydilər, mən hamını, necə ki, NATO [üzvlərini] ödəməyə məcbur etdim, eləcə də ödəməyə məcbur edərdim. Mənə lazım olan tək şey bu ölkələrə zəng etməkdir. Onlar bir neçə dəqiqə ərzində çeklərini göndərəcəklər", - Tramp “Politico”-ya verdiyi telefon müsahibəsində bildirib.
Yanvar ayının sonunda "The New York Times" BMT-nin yüksək vəzifəli rəsmilərinə istinadən yazmışdı ki, maliyyə çöküşü təhlükəsi ilə üz-üzə qalan təşkilat fəaliyyətini dayandırmaq və ya hətta Nyu-Yorkdakı mənzil-qərargahını bağlamaq məcburiyyətində qala bilər. Tramp bu fikri rədd edib.
"Mən bunu məqsədəuyğun hesab etmirəm. BMT Nyu-Yorku və ya Amerika Birləşmiş Ştatlarını tərk etməyəcək, çünki BMT-nin böyük potensialı var", - ABŞ prezidenti “Politico”-ya verdiyi müsahibədə bildirib.
Almaz Həsənli







.jpg)



















.jpg)






















































