Si Cinpin Yuanın Qlobal Ehtiyat Valyutası olmasına çağırır
Financial Times (FT) qəzetinin məlumatına görə, Çin prezidenti Si Cinpin yuanın qlobal ehtiyat valyutası olmasına çağırır.
Si bildirib ki, Çin beynəlxalq ticarət, investisiya və valyuta bazarlarında geniş istifadə edilə bilən "güclü valyuta" yaratmalıdır. Qəzet yazır ki, Çin rəhbərliyi uzun müddətdir ki, yuanı beynəlxalq səviyyədə tanıtmağa çalışır.
Çin lideri həmçinin qeyd edib ki, ölkənin pul siyasətini idarə etmək üçün "güclü mərkəzi bank", eləcə də qlobal kapitalı cəlb edə və qlobal qiymətlərə təsir göstərə bilən rəqabətli maliyyə institutlarına ehtiyacı var.
Daha əvvəl Rusiya Standart Bankının Maliyyə Bazarları Departamentinin direktoru Maksim Timoşenko bildirib ki, xarici valyutaya orta daxili tələbat və Rusiya Federasiyası Mərkəzi Bankının hazırkı pul siyasəti səbəbindən Rusiya rublu Çin yuanına qarşı dəstəklənməkdə davam edir. Ekspert həmçinin qeyd edib ki, yanvar ayının sonunda bir sıra risklər, o cümlədən inflyasiya, geosiyasi gərginliklər və Çinlə yeni ticarət məhdudiyyətləri qalıb ki, bu da valyuta cütlüyünün göstəricilərinə təsir göstərə bilər.
Əziz Mustafa









.jpg)



















.jpg)




















































