Fransa "ər-arvad borcu" anlayışından qanunvericiliklə imtina etməyi planlaşdırır
Fransa qanunvericilik səviyyəsində “nikah öhdəliyi”ni konsepsiyasından imtina etməyi planlaşdırır. Bu barədə Oxuməni.az agentliyi AFP-yə istinadən məlumat yayıb.
Yeni qanun layihəsinə əsasən, birgə yaşayış tərəfdaşlar arasında intim sahədə heç bir hüquqi öhdəlik yaratmayacaq. AFP-nin məlumatına görə, şəxsi azadlıq və razılıq barədə müasir təsəvvürlərə uyğunlaşdırmaq məqsədi daşıyan bu təşəbbüsü Milli Məclis dəstəkləyəcək.
Fransanın hazırkı Mülki Məcəlləsində " ər-arvad borcu" termini birbaşa qeyd olunmur. Lakin bəzi məhkəmələr "ailə həyatını birgə yaşamaq" öhdəliyini həyat yoldaşları arasında cinsi münasibətləri nəzərdə tutan kimi şərh ediblər.
Bu hüquqi boşluq 2019-cu ildə mühüm məhkəmə presedentində geniş diqqət çəkib və onun 2025-ci ilin yanvarında qəbul edilmiş qərarı Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən ləğv edilib.
Almaz Həsənli



























.jpg)
.jpg)
.jpg)




















































