ABŞ-dən əks istiqamətə miqrant axını güclənib
ABŞ Siyahıyaalma Bürosu, xaricə miqrasiya səbəbindən əhali artımının kəskin şəkildə yavaşladığını göstərən Vintage 2025 demoqrafik hesablamalarını açıqladı. 1 iyul 2024-cü ildən 30 iyun 2025-ci ilə qədər xalis beynəlxalq miqrasiya (NIM) əvvəlki ildəki 2,7 milyondan 1,3 milyon nəfər təşkil edib.
Hesabata görə, NIM 2026-cı ilin iyul ayına qədər 321.000 nəfərə düşə bilər. Bu tendensiya davam edərsə, ölkədən gedən insanların sayı 50 ildə ilk dəfə ABŞ-a gələn insanların sayını keçəcək.
Eyni zamanda, Siyahıyaalma Bürosu əhali artımının yavaşladığını bildirdi: 1 iyul 2024-cü ildən 1 iyul 2025-ci ilə qədər artım cəmi 1,8 milyon olub. Əvvəlki dövrdə əhali 3,2 milyon artıb. Agentlik qeyd edib ki, bu, COVID-19 pandemiyasının başlanğıcından bəri ölkədə ən yavaş əhali artımı olub.
ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin yanvar ayında vəzifəyə başladığı gündən bəri daha sərt immiqrasiya siyasətinin tərəfdarıdır. Bir həftə əvvəl ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem bildirib ki, Tramp administrasiyasının ilk ilində təxminən 3 milyon qanunsuz immiqrant ölkəni tərk edib. O, sosial media platforması X-də yazıb ki, onlardan 2,2 milyonu könüllü olaraq ABŞ-ı tərk edib və 675 mindən çoxu zorla deportasiya edilib.
Əziz MUSTAFA




















.jpg)
.jpg)
.jpg)


























































