Minneapolisdə atışmada iştirak edən Sərhəd Patrul Xidməti agentləri işdən kənarlaşdırılıb
Minneapolis, Minnesota ştatında qanunsuz immiqrantlara qarşı keçirilən və bir kişinin ölümü ilə nəticələnən basqında iştirak edən ABŞ Sərhəd Patrul Xidməti agentləri müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Bu barədə NBC News Daxili Təhlükəsizlik Katibinin köməkçisi Trisia Maklaflinə istinadən məlumat yayıb.
Kanalın məlumatına görə, hadisədə iştirak edən iki hüquq-mühafizə orqanı əməkdaşı inzibati məzuniyyətə göndərilib. Zabitlərin şəxsiyyəti açıqlanmır.
Çərşənbə axşamı Ağ Evin Baş Qərargah rəisinin müavini Stiven Miller Sərhəd Patrul Xidməti agentlərinin hadisə zamanı protokolu pozmuş ola biləcəyini etiraf edib.
24 yanvarda Minneapolisdə Sərhəd Patrul Xidməti agenti şəhərdə bir kişini güllələyərək öldürdükdən sonra yeni etiraz dalğası başlayıb. Daxili Təhlükəsizlik Departamenti bildirib ki, kişi federal agentlər onun silahını müsadirə etməyə çalışarkən müqavimət göstərib. Yanvarın 7-də qanunsuz immiqrantların axtarışı zamanı İmmiqrasiya və Gömrük Xidmətinin əməkdaşları bir qadından avtomobilində yolun ortasında dayanmasını və avtomobilindən düşməsini tələb etdilər. Maşın irəliləməyə başlayanda bir polis sürücüyə atəş açdı və qadın aldığı yaralardan öldü.
Əziz Mustafa




























.jpg)
.jpg)
.jpg)



















































