Suriyanın müvəqqəti prezidenti əl-Şaraanın Moskvaya rəsmi səfəri başlayıb
Suriyanın müvəqqəti prezidenti əl-Şaraanın Moskvaya rəsmi səfəri başlayıb. Vnukovo hava limanında onu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin qarşıladı.O, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq
TASS-ın məlumatına görə, Putin və Suriyanın müvəqqəti prezidenti bu gün axşam Kremldə görüşəcəklər Bir gün əvvəl Kremlin mətbuat xidməti ictimaiyyəti Rusiya Prezidenti Vladimir Putinlə Suriya lideri arasında planlaşdırılan görüş barədə məlumatlandırdı.
Qarşıdan gələn danışıqlar zamanı tərəflər iki ölkə arasında müxtəlif sahələrdə tərəfdaşlığın hazırkı vəziyyətini və potensial inkişafını müzakirə etmək, eləcə də Yaxın Şərqdəki inkişaf edən vəziyyəti müzakirə etmək niyyətindədirlər.
Əziz MUSTAFA
Digər xəbərlər


















































































