Qrenlandiya Trampa adanın satılması ilə bağlı mövqeyini bildirib

Qrenlandiya Trampa adanın satılması ilə bağlı mövqeyini bildirib

13:08
Bəyəndim (2) Bəyənmədim (0)


Qrenlandiya parlamentinin vitse-spikeri Bentiarak Ottosen adanın ABŞ-a satılmasını istisna edib. Oxuməni.az xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.
ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı almaq niyyəti ilə bağlı bəyanatlarını şərh edərkən, o, belə bir variantın mümkün olmadığını vurğulayıb.
"Mən düşünürəm ki, bu, onun [Trampın] bu gün Qrenlandiya ilə bağlı etməli olduğu bir şey deyil, çünki Qrenlandiya satılmır və vəziyyət qrenlandiyalılar, eləcə də Qrenlandiyadakı və Danimarka Krallığındakı Danimarka vətəndaşları üçün çox çətindir," - deyə Ottosen bildirib.
O qeyd edib ki, adanın sakinləri ABŞ-ın təzyiqindən narahatdırlar və onun xarici nəzarətə düşməsindən qorxurlar. Vitse-spikerin sözlərinə görə, Qrenlandiyanın gələcəyini onun vətəndaşları müəyyən etməli və bütün qərarlar yerli əhalinin maraqları nəzərə alınmaqla qəbul edilməlidir.
Daha əvvəl Ottosen bildirmişdi ki, Qrenlandiya ABŞ-ın adaya olan iddialarına cavab olaraq Danimarkanın hərbi mövcudluğunun gücləndirilməsini dəstəkləyir.
Almaz Həsənli