Tramp Ağ Evdə Putinlə birgə fotosunu asıb

Tramp Ağ Evdə Putinlə birgə fotosunu asıb

12:07
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ administrasiyası Amerika prezidenti Donald Tramp və Kreml rəhbəri Vladimir Putinin birgə fotosunu Ağ Evin foyesində asıb.
Oxuməni.az xəbər verir ki, buna “PBS News” jurnalisti Elizabet Landers diqqət çəkib.
Söhbət 15 avqust 2025-ci ildə Alyaskada keçirilmiş ikitərəfli sammitdən Tramp və Putinin birgə fotosundan gedir.
Bu fotonun yanında ABŞ prezidentinin nəvəsi ilə fotosu var.
Xatırladaq ki, ABŞ prezidenti və Rusiya rəhbəri Trampın bu səlahiyyət müddətində ilk dəfə Ankoricdə görüşüblər. Bu, həm də Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan sonra Amerika liderinin Putinlə ilk görüşü olub.
Almaz Həsənli