BMT Somaliyə 852 milyon dollarlıq humanitar yardım planı hazırlayıb

BMT Somaliyə 852 milyon dollarlıq humanitar yardım planı hazırlayıb

12:22
Bəyəndim (3) Bəyənmədim (0)

BMT Somaliyə 852 milyon dollarlıq humanitar yardım planı hazırlayıb. Bu barədə Africanews xəbər portalı BMT Baş katibinin sözçüsü Stefan Dujarricə istinadən məlumat verib.

Onun sözlərinə görə, tələb olunan yardımın həcmi 2025-ci il hədəfindən 40% azdır. Ümumilikdə, dəstəyin 2,4 milyon insana çatacağı gözlənilir. Dujarric vurğulayıb ki, maliyyələşdirmənin azalması "humanitar ehtiyacların azalması deyil, məhdud resurslarla bağlıdır". BMT nümayəndəsi qeyd edib ki, "humanitar yardıma ehtiyacı olanların yarısından azı 2026-cı il planı çərçivəsində onu ala biləcək".

Keçən il plan yalnız 27% maliyyələşdirilib: tələb olunan 1,4 milyard dolların 397 milyon dolları Somaliyə humanitar yardım üçün ayrılıb. Dujarrik qeyd edib ki, "bu, humanitar təşkilatları həyati əhəmiyyətli yardımlarını kəskin şəkildə azaltmağa, bəzi hallarda isə dayandırmağa məcbur edib".

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Somalidə quraqlıqdan indiyə qədər əhalinin təxminən dörddə biri olan 4,6 milyondan çox insan zərər çəkib və yanvar-mart ayları arasında davam edən quraqlıq mövsümünün vəziyyəti daha da pisləşdirəcəyi gözlənilir.

Əziz Mustafa