Bir neçə Avropa ölkəsi Ukraynanın ABŞ planı çərçivəsində AB-yə qoşulmasına qarşı çıxıb

Bir neçə Avropa ölkəsi Ukraynanın ABŞ planı çərçivəsində AB-yə qoşulmasına qarşı çıxıb

15:40
Bəyəndim (0) Bəyənmədim (0)


Bir neçə Avropa İttifaqı ölkəsi Ukraynanın 2027-ci ildə AB-yə qoşulması planına qarşı çıxdığını bildirib və bu plan münaqişənin həlli çərçivəsində müzakirə olunur. Bu barədə "Politico" və "Financial Times" qəzetləri AB mənbələrinə istinadən məlumat yayıb. 20 bənddən ibarət olan ABŞ-ın nizamlama planının ilkin layihəsində Ukraynanın AB-yə qoşulması üçün son tarix 2027-ci il kimi müəyyən edilib, lakin bu, hələ də müzakirə mövzusudur.

"Financial Times" qəzetinin məlumatına görə, Ukraynanın AB-yə sürətləndirilmiş qoşulması 2027-ci ilə qədər islahat proqramının vacib komponenti hesab olunur. Ukrayna üçün 800 milyard dollarlıq planı özündə əks etdirən sənəd ölkənin AB-yə qoşulmasını onun yenidənqurma prosesi ilə sıx əlaqələndirir. Bu, bəzi Avropa liderləri arasında narahatlıq yaradıb və onlar AB-nin genişlənməsi və Ukraynanın yenidənquruluşunun rəsmi şəkildə əlaqələndirilməsinin gözlənilməz fəsadlara səbəb ola biləcəyindən qorxurlar.

Bir Avropa diplomatı "Politico"ya bildirib ki, görüşdən sonra geniş müzakirə aparılmayıb, lakin bir neçə AB lideri Ukraynanın qoşulması ilə bağlı narahatlıqlarını ifadə edib. Başqa bir diplomat qeyd etdi ki, etirazların miqyası şişirdilə bilər, çünki onlar iki fərqli qrupdan gəlir: biri nailiyyətlərə əsaslanan üzvlük müzakirəsini dəstəkləyir, digəri isə birliyin daha da genişlənməsinə qarşı çıxır.

Əziz MUSTAFA