Rusiyanın Slavyansk-na-Kuban şəhərinə hücum edilib, neft emalı zavodunda yanğın başlayıb

Rusiyanın Slavyansk-na-Kuban şəhərinə hücum edilib, neft emalı zavodunda yanğın başlayıb

08:05
Bəyəndim (3) Bəyənmədim (0)


26 yanvar gecəsi Rusiyanın Slavyansk-na-Kuban şəhərinə naməlum dronlar hücum edib. Hücum nəticəsində neft emalı zavodunda yanğında başlayıb və daha bir müəssisəyə hücum edilib. Bu barədə Telegram kanalları məlumat yayıb.

İctimai qruplar Slavyansk-na-Kubana, xüsusən də yerli neft emalı zavoduna hücum barədə məlumat veriblər. Qeyd edilir ki, Krasnodar diyarının Əməliyyat Qərargahı neft emalı zavoduna və başqa bir obyektə hücumu təsdiqləyib və nəticədə hər iki ərazidə yanğınlar baş verib.

"İHA-nın parçaları iki obyektin ərazisinə düşüb... Həmçinin obyektlərdə yanğınlar baş verib və müvafiq xidmətlərin mütəxəssisləri tərəfindən söndürülür", - deyə Krasnodar diyarının Əməliyyat Qərargahı bildirir.

Əziz MUSTAFA