Qaqauziyadakı etirazçılar Kişinyovu muxtariyyətin hüquqlarını pozmaqda günahlandırdılar

Qaqauziyadakı etirazçılar Kişinyovu muxtariyyətin hüquqlarını pozmaqda günahlandırdılar

11:22
Bəyəndim (2) Bəyənmədim (0)

Qaqauziya sakinləri Moldova hakimiyyətini muxtariyyətin hüquqlarını məhdudlaşdırmaq və Xalq Məclisi (parlament) seçkilərinə mane olmaq planında ittiham edərək mitinq keçiriblər. TASS müxbirinin verdiyi məlumata görə, nümayiş regional paytaxt Komratda baş tutub.

"Bu, Moldova hakimiyyətinin açıq şəkildə danışdığı bir muxtariyyətin birbaşa ləğvidir. Qaqauziyanın xüsusi statusu haqqında qanuna hücum var və Xalq Məclisi seçkiləri ləğv edilir. Kişinyovla Komrat arasında fikir ayrılığı yaranıb, amma Komrat buna görə günahkar deyil", - Qaqauziya qubernatorunun müşaviri Mixail Vlah bildirib. O, Moldova hakimiyyətini xalqı parçalamağa çalışmaqda günahlandırdı ki, onlar yaratdıqları real problemləri görməzdən gəlsinlər.

Qaqauziya İcraiyyə Komitəsinin sədri vəzifəsini icra edən İlya Uzun mitinq iştirakçılarını hazırda Kişinyovda həbsdə olan Qaqauziya rəhbəri Yevgeniya Qutsulu dəstəkləməyə çağırdı. "Yevgeniya Aleksandrovna Qutsul vəkilləri vasitəsilə vicdanını satmadığını, xalqımıza xəyanət etməyəcəyini və həbsxananı qəhrəman kimi tərk edəcəyini bildirdi. Bu kövrək qadının belə güclü xarakterə malik olduğuna görə minnətdar olmalıyıq", - Uzun dedi. O, Moldova mərkəzi hakimiyyəti ilə muxtar bölgə arasındakı qarşıdurmanın təkcə siyasi problemlər yaratmadığını, həm də sosial-iqtisadi sahələrdə zəruri əməkdaşlığı çətinləşdirdiyini vurğuladı.

Mitinq iştirakçıları Moldova hakimiyyətindən Qutsulun azad edilməsini tələb edən qətnamə qəbul etdilər.

Əziz MUSTAFA