Ceyms Kemeron Yeni Zelandiyaya niyə köçdüyünü və ABŞ-a qayıtmayacağını izah edib

Ceyms Kemeron Yeni Zelandiyaya niyə köçdüyünü və ABŞ-a qayıtmayacağını izah edib

10:12
Bəyəndim (1) Bəyənmədim (0)

Kanadalı rejissor Ceyms Kemeron "In Depth With Graham Bensinger" podkastının qonağı olub. Orada "Titanik" və "Avatar" trilogiyasının rejissoru 2020-ci ildə niyə Yeni Zelandiyaya köçdüyünü və ABŞ-a qayıtmağı planlaşdırmadığını izah edib. Bu barədə “variety.com” xəbər veri.

Oxuməni.az xəbər verir ki, hər şey COVID-19 pandemiyası ilə bağlıdır, o zaman ABŞ sakinləri kütləvi şəkildə koronavirusa qarşı peyvənd olunmaqdan imtina ediblər. Kemeron qeyd edib ki, eyni zamanda Yeni Zelandiyada əhalinin təxminən 98%-i peyvənd olunub ki, bu da onun fikrincə, yerli sakinlərin sağlam düşüncəsindən xəbər verir.

"Harada yaşamağa üstünlük verərdiniz? Elmə inanan, insanların sağlam düşüncəyə malik olduğu və insanların ümumi məqsəd naminə birlikdə işləyə bildiyi bir yerdə, yoxsa hər kəsin bir-birinin boğazına yapışmağa hazır olduğu, son dərəcə qütbləşmiş, elmdən üz döndərən və yeni bir pandemiya yaranarsa xaosun hökm sürəcəyi bir yerdə? Mən Yeni Zelandiyada mənzərələrə görə deyiləm, mən burada öz sağlam düşüncəmə görəyəm", - Kemeron əlavə edib.

Rejissor həmçinin qeyd edib ki, Yeni Zelandiyada özünü təhlükəsiz hiss edir - burada Donald Tramp haqqında xəbərləri oxumağa ehtiyac yoxdur, o, bunları avtomobil qəzaları haqqında xəbərlərlə müqayisə edib. Bundan əlavə, o, son illəri bu ölkədə ikinci və üçüncü "Avatar" filmləri üzərində işləyərək keçirib.

Almaz Həsənli