Qazaxıstan Trampın Sülh Şurasına qoşulmaq üçün 1 milyard dollar ianə etməyib

Qazaxıstan Trampın Sülh Şurasına qoşulmaq üçün 1 milyard dollar ianə etməyib

14:00
Bəyəndim (3) Bəyənmədim (0)

Qazaxıstan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasına maliyyə ianəsi etmədən qoşulub. Bu barədə dövlət xəbər agentliyi Kazinform Akordanın mətbuat xidmətinə istinadən məlumat verir.

"Sülh Şurasına qoşulmaq üçün dövlətin suveren qərarı tələb olunur. Qoşulduğu andan etibarən dövlətin şuradakı səlahiyyət müddəti üç ildir. Nizamnamədə qeyd olunan 1 milyard dollarlıq könüllü ianə üzvlük şərti deyil. Bu, hər bir iştirakçının hüququdur", - Akordanın mətbuat xidməti qeyd edib.

Onlar izah ediblər ki, əgər 1 milyard dollarlıq ianə birinci il ərzində verilərsə, dövlət üzvlüyünü müəyyən edilmiş üç illik müddətdən kənara çıxarmaq imkanına malikdir.

"Qazaxıstan Sülh Şurasına heç bir maliyyə ianəsi etmədən qoşulub ki, bu da nizamnamənin müddəalarına tam uyğundur", - Akorda vurğulayıb.

Yanvarın 22-də Qasım-Jomart Tokayev İsveçrənin Davos şəhərində keçirilən illik Dünya İqtisadi Forumu zamanı Sülh Şurasının nizamnaməsini imzaladı. Mərasimdə Qazaxıstan Prezidenti ilə yanaşı, 18 ölkənin liderləri və nümayəndələri də iştirak edib.

Bloomberg agentliyi ABŞ prezidentinin administrasiyasının Şurada daimi üzvlük istəyən ölkələrdən ən azı 1 milyard dollar töhfə vermələrini istədiyini bildirib.

Əziz MUSTAFA