Vitkoff və Kuşner Ukrayna ilə bağlı üçtərəfli görüşdə ABŞ-ı təmsil edəcəklər
Cümə günü başlaması planlaşdırılan ABŞ, Rusiya və Ukrayna arasında Əbu-Dabidə keçiriləcək görüşdə Amerika tərəfini danışıqçılar Stiv Vitkoff və Cared Kuşner təmsil edəcəklər, Axios cümə axşamı xəbər verir.
"Ukrayna üçün Amerika sülh planı ilə bağlı üçtərəfli danışıqlar sabah Əbu-Dabidə başlayacaq: Vitkoff və Kuşner ABŞ-ı təmsil edəcəklər", Axios jurnalisti Barak Ravid X sosial media platformasında yazıb.
O, həmçinin bildirib ki, onun məlumatına görə, Rusiyanı Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi və "hərbi kəşfiyyat rəhbəri" Kirill Dmitriyev təmsil edəcək.
Jurnalistin sözlərinə görə, Ukrayna tərəfini Ukrayna Prezident Aparatının rəhbəri Kirilo Budanov, onun birinci müavini Sergey Kıslıtsya və Ukrayna Milli Təhlükəsizlik Şurasının rəhbəri Rüstəm Umerov təmsil edəcək.
Əziz Mustafa

























































.jpg)
.jpg)
.jpg)






















