Davosda “Sülh Şurası” təsis edilib
ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın nizamnaməsi Davosda (İsveçrə) keçirilən təntənəli mərasimdə imzalanıb. Oxuməni.az-ın məlumatına görə, imzalanma mərasimi Ağ Evin saytında canlı olaraq yayımlanıb.
Qəzza zolağında sülhün bərqərar olması üçün yaradılan "Sülh Şurası"nın nizamnaməsinin imzalanma mərasimi İsveçrənin Davos şəhərində keçirilib. ABŞ bu şuraya təxminən 60 ölkəni dəvət etmişdi.
Sənədi təşəbbüsün müəllifi, ABŞ prezidenti Donald Tramp imzalayıb. Bundan əlavə, nizamnaməni daha 17 ölkənin başçıları və nümayəndələri, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Türkiyənin xarici işlər naziri Hakan Fidan imzalayıblar.
Xatırladaq ki, yanvarın 16-da məlum olduğu kimi, şuranın tərkibinə Dövlət Departamentinin rəhbəri Mark Rübionun, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun və onun kürəkəni Cared Kuşnerin, həmçinin Böyük Britaniyanın sabiq baş naziri Toni Blerin, Dünya Bankının rəhbəri Ajay Banqanın və ABŞ-ın milli təhlükəsizlik üzrə müşavirinin müavini Robert Qabrielin daxil olduğu bildirilmişdi.
Bundan əlavə, Ağ Ev təxminən 60 ölkənin başçılarına Şuranın işində iştirak etmək üçün dəvətnamələr göndərib. Uitkoffun bildirdiyinə görə, qurumun işində iştirak etmək üçün 20-25 ölkə liderindən razılıq alınıb. Tramp administrasiyası bu sayın artacağını gözləyir.
Almaz Həsənli
































.jpg)
.jpg)
.jpg)






























.jpg)
.jpg)
.jpg)












.jpg)