Estoniya 25 yanvardan etibarən Rusiya diplomatları üçün giriş qaydalarını sərtləşdirəcək
Estoniya hökuməti diplomatik və konsulluq vəzifələrində çalışan Rusiya vətəndaşları üçün sərhəd keçid qaydalarını sərtləşdirmək qərarına gəlib. Bu barədə ERR milli ictimai yayımçısı kabinetin qərarına istinadən məlumat verib.
Məlumata görə, Rusiya diplomatları, konsulluq işçiləri, diplomatik vəzifələrin inzibati və texniki heyəti və onların ailə üzvləri Estoniyanın xarici sərhədini keçmək üçün əvvəlcədən icazə almalıdırlar. Tallinn həmçinin akkreditə olunmadıqları AB üzv dövlətinə səyahət etmək və ya tranzit yolu ilə keçmək niyyətləri barədə ən azı 24 saat əvvəl məlumat verməli olan şəxslərin siyahısını dəqiqləşdirib.
Estoniya hökumətinin qərarında qeyd edildiyi kimi, Rusiyanın Tallindəki səfirliyi icazə üçün ərizəni girişdən ən azı beş iş günü əvvəl Baltikyanı respublikanın Xarici İşlər Nazirliyinə təqdim etməlidir. İcazə və ya imtina qərarı ölkə hakimiyyəti tərəfindən planlaşdırılan sərhəd keçidindən ən geci 24 saat əvvəl veriləcək. Yeni məhdudiyyətlər 25 yanvar tarixindən etibarən tətbiq olunacaq.
Dəyişiklikləri təşəbbüskarı olan Estoniya xarici işlər naziri Marqus Tsahknanın sözlərinə görə, qəbul edilən tədbirlər proseduru 19-cu Aİ sanksiya paketinə uyğunlaşdırır.
Əziz MUSTAFA
































.jpg)
.jpg)
.jpg)






























.jpg)
.jpg)
.jpg)












.jpg)