Siyasətçi Dragsted Trampın Qrenlandiya ilə bağlı sözlərinə etibar etməməyə çağırıb

Siyasətçi Dragsted Trampın Qrenlandiya ilə bağlı sözlərinə etibar etməməyə çağırıb

11:25
Bəyəndim (1) Bəyənmədim (0)

Danimarka ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Qrenlandiyanı əldə etmək üçün güc tətbiq etməyəcəyinə dair sözlərinə etibar etməməlidir. Bu fikri Danimarka Birlik Partiyasının nümayəndəsi Pelle Dragsted TV2-yə verdiyi müsahibədə ABŞ Prezidentinin Davosdakı çıxışını şərh edərkən bildirib

"Düşünmürəm ki, buna çox önəm verməliyik. O, bir neçə saat ərzində asanlıqla əksini deyə bilər", - Dragsted deyib.

Danimarka Xarici Siyasət Komitəsinin iclasından sonra xarici işlər naziri Lars Lökke Rasmussen problemin hələ də qaldığını bildirdi, çünki Prezident Trampın Qrenlandiyanı ələ keçirmək istəyinin dəyişməz qalması "tamamilə aydındır". O dedi: "Trampın çıxışında hərbi gücdən istifadə edilməməsindən bəhs edilməsi müsbət haldır. Amma bu, problemi həll etməyəcək."

Qrenlandiyalılar da oxşar fikirdədirlər. "Əlbəttə ki, onun hərbi gücdən istifadə etməyəcəyini deməsi rahatlıqdır. Amma daha dinc bir dövrə girməyəcəyimizi göstərən digər amillər də var."

Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışında Tramp ABŞ-ın İkinci Dünya Müharibəsindən sonra Qrenlandiyanı Danimarkaya qaytarmaqda "çox axmaq" olduğunu və ölkəsinin genişmiqyaslı Qızıl Günbəz raketdən müdafiə sisteminin yerləşdirilməsi üçün Qrenlandiyanın Danimarkadan təhvil verilməsini təmin etmək niyyətində olduğunu bildirdi. Ağ Ev rəhbəri qeyd edib ki, Vaşinqton ABŞ ərazisini genişləndirmək və Qərb təhlükəsizliyini gücləndirmək üçün Qrenlandiyanın alınması ilə bağlı dərhal danışıqlara başlamaq niyyətindədir: "Lakin bu, NATO üçün təhdid olmayacaq. Bu, bütün alyansın təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq". Tramp əlavə edib ki, ABŞ Qrenlandiyanı əldə etmək üçün güc tətbiq etməyəcək.

Əziz MUSTAFA