Almaniyada ukraynalı qadın Rusiyaya casusluq etməkdə şübhəli bilinir
Bir ukraynalı qadın Almaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılıb. Bu barədə Almaniya Federal Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Alman hüquq-mühafizə orqanlarının əməkdaşları Berlində Almaniya-Ukrayna vətəndaşlığı olan bir qadını Rusiya kəşfiyyat orqanlarında işləməkdə şübhəli bilinərək saxlayıblar.
"Almaniya Federal Dövlət Prokurorluğu bu gün (21 yanvar 2026-cı il), Almaniya Federal Ədalət Məhkəməsinin istintaq hakimi tərəfindən 30 dekabr 2025-ci il tarixində verilmiş həbs qərarına əsasən, Almaniya-Ukrayna vətəndaşı İlona V.-ni Berlində Federal Cinayət Polisi İdarəsinin əməkdaşları ilə birlikdə saxlayıb", - rəsmi açıqlamada deyilir.
Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin evində və Havelland (Brandenburq), Ahrweiler (Reynland-Pfalts) və Münhendə azadlıqda olan digər iki şübhəlinin ərazisində axtarışlar aparıblar.
Müstəntiqlərin sözlərinə görə, şübhəli 2023-cü ilin noyabr ayından bəri Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı kəşfiyyat məlumatlarını Berlindəki Rusiya səfirliyinə ötürür. Əldə edilən məlumatlara yüksək səviyyəli siyasi tədbirlərin iştirakçıları, müdafiə sənayesi obyektləri, dron sınaqları və Ukraynaya dronların çatdırılması barədə məlumatlar daxil idi.
Bundan əlavə, qadın Rusiya səfirliyinin işçisinə kəşfiyyat orqanları üçün maraqlı əlaqələr yaratmaq məqsədilə saxta adlarla tədbirlərdə iştirak etməyə kömək edib. Ukraynalı qadın tezliklə həbs dinləməsi üçün məhkəməyə çıxarılacaq.
Almaniya Federal Prokurorluğu onun hərəkətlərinin milli təhlükəsizliyə təhdid yaratdığını və Ukraynaya qarşı müharibə ilə bağlı vacib məlumatlarla bağlı olduğunu vurğulayıb.
Xatırladaq ki, ötən həftə İsveçdə bir vətəndaş Rusiyaya casusluq etmək şübhəsi ilə həbs edilib. Məlum olur ki, saxlanılan şəxs 2022-ci ilə qədər İsveç Silahlı Qüvvələrində İT məsləhətçisi kimi çalışıb.
Ötən ilin oktyabr ayında Rusiya kəşfiyyat agenti Polşada dronlar və gizli partlayıcı maddələrdən istifadə edərək təxribat əməliyyatları planlaşdırarkən yaxalanıb. Daha əvvəl media Rusiyanın Avropada və ondan kənarda təxribat və hücumlar həyata keçirmək üçün yeni gizli bölmə yaratdığını bildirmişdi.
Bundan əlavə, Ukraynaya hərbi yardımı yandırmağa cəhd edən bir qrup əcnəbi Litvada məhkəmə qarşısına çıxacaq.
Əziz MUSTAFA
















.jpg)
.jpg)
.jpg)


























.jpg)
.jpg)
.jpg)
































.jpg)