Daşkənddən uçan təyyarə Rusiyanın Krasnoyarsk şəhərinə təcili eniş edib
"Uzbekistan Airways" aviaşirkətinin "Daşkənd-Vladivostok" marşrutu üzrə uçan "Boeing 767-300" təyyarəsi texniki səbəblərdən Rusiyanın Krasnoyarsk şəhərinə təcili eniş edib, xəsarət alan olmayıb. Oxuməni.az xəbər verir ki, bu barədə Krasnoyarsk hava limanının mətbuat xidməti məlumat yayıb.
"21 yanvar 2026-cı il, yerli vaxtla saat 14:46-da Krasnoyarsk hava limanına "Uzbekistan Airways" aviaşirkətinin "Daşkənd-Vladivostok" marşrutu üzrə uçan "Boeing 767-300" təyyarəsi texniki səbəblərdən təcili eniş edib. Təyyarədə 122 sərnişin və ekipaj üzvü olub. Xəsarət alan sərnişinlərlə bağlı məlumat daxil olmayıb", - deyə məlumatda bildirilir.
Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Xüsusi Nəqliyyat İstintaq İdarəsinin məlumatına görə, hadisənin bütün şəraitini və səbəblərini müəyyən etmək məqsədilə bir sıra yoxlama tədbirləri aparılır, nəticələrə əsasən prosessual qərar qəbul ediləcək.
Almaz Həsənli





























.jpg)
.jpg)
.jpg)
















































.jpg)
