"Miss Earth 2025"(Miss Yer) gözəllik müsabiqəsinin iştirakçısı geyimində dövlət simvollarından istifadə etdiyinə görə cərimələnib

"Miss Earth 2025"(Miss Yer) gözəllik müsabiqəsinin iştirakçısı geyimində dövlət simvollarından istifadə etdiyinə görə cərimələnib

10:22
Bəyəndim (2) Bəyənmədim (0)

Daşkənddə "Miss Earth 2025" müsabiqəsində Özbəkistanı ilk dəfə təmsil edən 21 yaşlı Şəhrizadə Mədəminovaya qarşı məhkəmə qərarı çıxarılıb.

Podrobno.uz-un məlumatına görə, Mədəminova müsabiqə geyiminin dizaynına görə dövlət simvolları haqqında qanunları pozmaqda günahkar bilinib.

Müsabiqə ötən il oktyabrın 28-də Filippinin Manila şəhərində keçirilib. BMT-nin himayəsi altında təşkil edilən müsabiqənin məqsədi ətraf mühit məsələlərinə diqqət çəkməkdir. Mədəminova podiuma Özbəkistanın dövlət bayrağı və gerbinin elementlərini əks etdirən don geyinib. Geyinmənin şəkilləri daha sonra İnstaqramda dərc olunub və bu, hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.

Məhkəmə iclası zamanı Şəhrizadə Mədəminova milli geyimi yaradarkən həqiqətən də dövlət rəmzlərindən ilham aldığını izah edib. Lakin o, dizaynın stilizə edildiyini vurğulayıb: bayrağın əsas elementləri, məsələn, ağ aypara və on iki ulduz geyimdə yoxdur. Onun sözlərinə görə, dizaynda yalnız tanınan rəng sxemi və gerbin konturu istifadə olunub.

O, məhkəmədən yüngülləşdirici halları nəzərə almağı xahiş edib.

Mirabad Rayon Cinayət Məhkəməsinin 19 yanvar 2026-cı il tarixli qərarına əsasən, Şəhrizadə İnzibati Məcəllənin 203-1-ci maddəsinin 1-ci hissəsində (Dövlət rəmzləri haqqında qanunun pozulması) nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib. O, 2 BRV (824.000 sum və ya 69 dollar) məbləğində cərimə olunub.

2025-ci il "Miss Yer" tituluna 21 yaşlı çexiyalı model Natali Puşkinova layiq görülüb.
Əziz MUSTAFA