Tramp ömürlük Sülh Şurasının sədri ola biləcək
“Bloomberg” Ağ Evdəki yüksək səviyyəli mənbəyə istinadən yazır ki, Donald Tramp Ağ Evi tərk etdikdən sonra da yaratdığı Sülh Şurasına rəhbərlik etməyə davam edə biləcək.
Agentliyin həmsöhbəti bildirib ki, sədr vəzifəsi Trampın özü bu vəzifədən istefa verənə qədər ona həvalə olunacaq. O əlavə edib ki, növbəti prezident Şuraya ABŞ-ı təmsil edəcək öz namizədini təyin edə biləcək.
Bir milyard dollarlıq töhfənin Sülh Şurasına "giriş bileti" olub-olmadığı sualına “Bloomberg”-in mənbəyi mənfi cavab verib. O izah edib ki, layihələrə əhəmiyyətli töhfə verən və nəzarət orqanı rolunu özündə saxlamaq istəyən ölkələrə daimi əsasda üzv qalmağa icazə veriləcək. O, başqa təfərrüatları açıqlamayıb.
Sülh Şurası Trampın sülh planına uyğun olaraq müharibədən sonra Qəzza zolağını idarə etmək üçün bir orqan kimi nəzərdə tutulmuşdu. Lakin “Bloomberg”-in tanış olduğu nizamnaməyə görə, Sülh Şurası daha geniş funksiyalar əldə etməli və BMT-yə alternativ olmalıdır. Nizamnamədə Sülh Şurası "münaqişələrdən təsirlənmiş və ya təhlükə altında olan ərazilərdə sabitliyi təşviq etməyə, etibarlı və qanuni idarəetməni bərpa etməyə və davamlı sülhü təmin etməyə çalışan beynəlxalq təşkilat" kimi təsvir edilir. Tramp özü qeyd edib ki, "BMT xüsusilə faydalı olmayıb". O bildirib ki, həll etdiyi bütün müharibələrdə BMT "heç birində kömək etməyib".
Almaz Həsənli






















.jpg)
.jpg)
.jpg)























































.jpg)
