Şinzo Abenin qatili ömürlük həbs cəzasına məhkum edilib

Şinzo Abenin qatili ömürlük həbs cəzasına məhkum edilib

10:06
Bəyəndim (1) Bəyənmədim (0)


Nara Rayon Məhkəməsi Yaponiyanın keçmiş Baş naziri Şinzo Abenin qatili Tetsuya Yaqamini ömürlük həbs cəzasına məhkum edib. Bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.

Müdafiə tərəfi 20 ilə qədər həbs cəzası tələb edərək, qətlin əsas səbəbinin və dolayı motivinin Abenin əlaqəli olduğu iddia edilən "Birləşmə Kilsəsi" dini təşkilatı səbəbindən təqsirləndirilən şəxsin çətin uşaqlığı olduğunu vurğulayıb.

İttiham tərəfi bu arqumentləri məntiqsiz hesab edərək rədd etdi və qatilin cinayəti 41 yaşında törətdiyini və buna görə də vəziyyəti aydın şəkildə qiymətləndirə bildiyini iddia etdi.

Şinzo Abe 8 iyul 2024-cü ildə Nara prefekturasında keçirilən seçki mitinqində çıxış edərkən güllələnərək ölümcül hala düşdü. Onun qatili Tetsuya Yamaqami keçmiş baş naziri evdə hazırlanmış silahla arxadan iki dəfə atəş açdı.Abe qan itkisindən öldü.

Qatil Tetsuya Yamaqami cinayətin motivi kimi Abenin Birləşmə Kilsəsi ilə əlaqəsini göstərdi. Yamaqaminin anası təşkilata 100 milyon yen (təxminən 740.000 dollar) bağışladı ki, bu da iflasa və ailənin dağılmasına səbəb oldu.

Əziz MUSTAFA