Tokayev Qazaxıstan Parlamentinin adının dəyişdirilməsini təklif etdi
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Qızılordada keçirilən Milli Qurultayın 5-ci iclasında çıxış edərək ölkə parlamentinin adının dəyişdirilməsini təklif etdi, Akorda xəbər verir.
Parlament islahatı üzrə işçi qrupunun əsas təkliflərini açıqlayan dövlət başçısı parlament üçün yeni bir ad - "Kurultay" təklif etdi.
"Kurultayın həm tarixi konteksti, həm də əhəmiyyəti xalqımıza aydındır və yaxındır", - deyə prezident bildirib.
Parlamentdəki yerlərin sayı 145 olmalıdır. Yeni parlamentin səlahiyyət müddəti beş il olacaq. Deputatlar proporsional sistemlə seçiləcək, regional məslisətlər üçün isə majoritar sistem saxlanılacaq.
Prezidentin sözlərinə görə, yeni parlamentdə üç sədr və səkkizdən çox komitə ola bilməz.
Tokayev həmçinin qadınlar, gənclər və əlilliyi olan şəxslər üçün kvotaları saxlayarkən prezident kvotasının və Qazaxıstan Xalqı Assambleyası kvotasının ləğv edilməsini təklif etdi.
O, həmçinin gələcək birpalatalı parlamentə kadr təyinatları ilə bağlı yeni səlahiyyətlər verilməsini təklif etdi.
"Mövcud Konstitusiyaya görə, bildiyiniz kimi, Konstitusiya Məhkəməsini, Ali Hesablama Palatasını və Mərkəzi Seçki Komissiyasını formalaşdırmaq səlahiyyətləri Məclis, Senat və prezident arasında bərabər bölüşdürülüb. Lakin indi bu vacib dövlət orqanlarının bütün üzvlərinin təyinatının yalnız parlamentin razılığı ilə həyata keçirilməsi təklif olunur. Həmçinin, ölkənin ən yüksək nümayəndəlik orqanının deputatlarına prezidentin təqdimatı ilə bütün Ali Məhkəmə hakimlərini seçmək səlahiyyətinin verilməsi təklif olunur", - deyə dövlət başçısı bildirib.
Daha əvvəl, millətə müraciətində prezident "yaxın gələcəkdə" birpalatalı parlamentin yaradılmasını təklif etmiş və məsələni referenduma çıxarmağı təklif etmişdi. İslahat təkliflərini hazırlamaq üçün işçi qrup yaradılıb. Ona dövlət müşaviri Erlan Karin rəhbərlik edir.
Əziz MUSTAFA





















.jpg)
.jpg)
.jpg)
























































.jpg)
