Çin əhalisi 2025-ci ildə 3,39 milyon azalıb

Çin əhalisi 2025-ci ildə 3,39 milyon azalıb

15:22
Bəyəndim (1) Bəyənmədim (0)

Çin Milli Statistika Bürosunun hesabatına görə, ötən ilin sonunda Çin əhalisi 1,404 milyard nəfər olub ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 3,39 milyon azalma deməkdir.

Statistikaya görə, 2025-ci ildə Çində 7,92 milyon körpə dünyaya gəlib. Bir il əvvəl bu rəqəm 9,54 milyon idi. Doğum nisbəti hər 1000 nəfərə 5,63 idi. 11,31 milyon ölüm halı qeydə alınıb. 2024-cü ildə 10,93 milyon ölüm halı qeydə alınıb. Ölüm nisbəti hər 1000 nəfərə 8,04 olub. Əhalinin təbii azalması hər min nəfərə 2,41 olub. 716,85 milyon kişi və 688,04 milyon qadın var idi.

Çin əhalisi sürətlə qocalır. 60 və daha yuxarı yaşda olan sakinlərin sayı 323,38 milyona və ya ümumi əhalinin 23%-nə çatıb. Urbanizasiya da davam edir. Şəhər sakinlərinin sayı 10,3 milyon artaraq 953,8 milyona (67,9%) çatıb. Kənd sakinlərinin sayı 13,69 milyon azalaraq 451,09 milyona düşüb.

Reuters-in məlumatına görə, Çin əhalisi ardıcıl dördüncü ildir ki, azalır və ötən il ən sürətli azalma müşahidə olunub. Doğum nisbəti onilliklər ərzində ən aşağı səviyyədədir. Agentlik qeyd edir ki, bu demoqrafik tendensiyalar Pekinin daxili istehlakı artırmaq planlarını çətinləşdirir.
Əziz MUSTAFA