Erdoğan Suriyanın terrorizmə qarşı mübarizəsində dəstək verməyə söz verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın rəhbəri Əhməd Əş-Şəraa ilə telefon danışığında Ankaranın Dəməşqi terrorizmə qarşı mübarizədə dəstəkləməyə davam etməyə hazır olduğunu təsdiqləyib.
Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran özünün X sosial şəbəkəsindəki səhifəsində bildirib.
Onun sözlərinə görə, söhbət zamanı tərəflər ikitərəfli münasibətləri və Suriyadakı son hadisələri müzakirə ediblər.
Ərdoğan bildirib: «Suriyanın ərazisindən terrorizmin tamamilə aradan qaldırılması həm Suriya, həm də bütün region üçün zəruridir».
Yanvarın 18-də Suriyanın Prezidenti Əhməd Əş-Şəraa kürdlərin rəhbərlik etdiyi «Suriya Demokratik Qüvvələri»nin başçısı Mazlum Abdi ilə razılığa gəldiyini elan edib. 14 maddədən ibarət razılaşmaya atəşkəs, bütün kürd milis döyüşçülərinin Suriya ordusuna keçməsi və kürdlərin nəzarətində olan neft yataqlarının hökumətə təhvil verilməsi daxildir.
Almaz Həsənli




























































.jpg)
.jpg)
.jpg)











.jpg)







