Danimarka və ABŞ Qrenlandiya məsələsində razılığa gələ bilmədilər
Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen, çərşənbə axşamı Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Cey Di Vens və ABŞ dövlət katibi Marko Rubio ilə keçirdiyi danışıqlardan sonra bildirib ki, Qrenlandiya məsələsində Danimarka və ABŞ "köklü şəkildə fərqli mövqelərdə"dirlər. Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə "Deutsche Welle" “dpa” xəbər agentliyinin məlumatına istinadla xəbər verib.
Danimarka naziri ABŞ-ı bu sahədə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa çağırıb. O bildirib ki, ABŞ-ın milli təhlükəsizlik maraqlarını nəzərə alacaq, eyni zamanda Danimarka krallığının "qırmızı xətlərini" keçməyəcək bir kompromisə nail olmaq imkanlarını aydınlaşdırmaq üçün yüksək səviyyəli işçi qrupunun yaradılmasına qərar verilib. Bu işçi qrupunun ilk görüşünün bir neçə həftə ərzində keçiriləcəyi gözlənilir.
Vaşinqtonda keçirilən danışıqlarda iştirak edən Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldt isə öz növbəsində Vaşinqtonla əməkdaşlığın gücləndirilməsini istədiyini, lakin Qrenlandiyanın ABŞ-a məxsus olmasını istəmədiyini qeyd edib.
ABŞ, Danimarka və Qrenlandiya nümayəndələri arasında görüş Ağ Evin bitişik hökumət binasında baş tutub və təxminən bir saat davam edib. Lakin “dpa” xəbər agentliyinin məlumatına görə, görüşdən əvvəl ABŞ prezidenti Donald Tramp "tələblərindən bir santimetr belə geri çəkilməyə hazır olmadığını" açıq şəkildə bildirib.
Tramp hesab edir ki, Qrenlandiya ABŞ-ın milli təhlükəsizliyi, xüsusən də “Qızıl Günbəz” hava hücumundan müdafiə sisteminin fəaliyyəti, eləcə də onun sözlərinə görə, Rusiya və Çinin fəallığının artdığı Arktika bölgəsinin təhlükəsizliyi üçün çox vacibdir.
Almaz Həsənli














.jpg)




































.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)
.jpg-1-1.jpg)












.jpg)
















