Qrenlandiyaya görə ABŞ-la Avropa arasında müharibə başlaya bilər: 6 NATO ölkəsi adaya əsgər göndərəcək
Trampın Qrenlandiyanı ilhaq etmək təhdidləri fonunda Avropa ölkələri — Almaniya, İsveç, Fransa və Norveç — adanın müdafiəsini gücləndirmək üçün qoşun göndərmək qərarına gəliblər. Politico xəbər verir ki, Hollandiya və Kanada təşəbbüsdə iştirak edir.
Fransa, Almaniya, İsveç və Norveç ABŞ prezidenti Donald Trampın təhdidləri ilə bağlı artan gərginlik fonunda Qrenlandiyaya qoşun göndərəcəklər.
Bundesver, Danimarkanın dəvəti ilə Qrenlandiyanın paytaxtı Nuuka 13 əsgər göndərib. Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, Berlin "Danimarkanın regionda təhlükəsizliyinin təmin edilməsində, məsələn, dəniz nəzarəti sahəsində potensial hərbi iştirak imkanlarını araşdırmağı" hədəfləyir. Müdafiə Nazirliyinin sözçüsü CNN-ə bildirib ki, Norveç Qrenlandiyaya iki əsgər göndərəcək.
"France-Presse" agentliyi Parisin Qrenlandiyadakı hərbi missiyada iştirak etmək niyyətini bir mənbəyə istinadən bildirib. İsveç də Avropa hərbi missiyasında iştirakını açıqlayıb. Baş nazir Ulf Kristersson sosial media saytında X-də İsveç Silahlı Qüvvələrindən bir neçə zabitin iştirak etdiyini açıqlayıb. O, "Birlikdə Danimarka "Arctic Guardian" əməliyyatı üçün tədbirlər hazırlayacaqlar" yazıb və əlavə edib ki, qoşunlar Danimarkanın xahişi ilə göndərilib.
Kopenhagen də öz növbəsində əvvəllər Qrenlandiyadakı hərbi mövcudluğunu gücləndirdiyini açıqlayıb - Danimarka silahlı qüvvələri və bölmələri təlimlə əlaqədar adaya yerləşdiriləcək.
Əziz MUSTAFA














.jpg)




































.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)
.jpg-1-1.jpg)












.jpg)
















