İran və İsrail Moskva vasitəsilə bir-birinə ilk hücum etməyəcəkləri barədə vədlər veriblər
“The Washington Post”-un mənbələrə istinadən verdiyi məlumata görə, İran və İsrail Moskva vasitəsilə mesaj mübadiləsi aparıblar. Nəşrin məlumatına görə, hər iki tərəf bir-birini ilk zərbəni endirmək istəmədikləri barədə təmin edib. Lakin Tehran Donald Tramp administrasiyasının niyyətlərindən narahat qalır, RBC xəbər verir.
Dekabrın sonunda, İrandakı kütləvi etirazların başlamasından bir neçə gün əvvəl, İsrail Rusiyanın vasitəçiliyi ilə Tehrana müraciət edərək ilk hücum etməyəcəyi barədə söz verib. Qəzetin həmsöhbətlərinin bildirdiyinə görə, cavab olaraq İran qabaqlayıcı zərbədən çəkinəcəyini bildirib.
İran rəsmiləri bu siqnalları müsbət qarşılasalar da, ABŞ-dan narahatlıqlarını qoruyurlar. Onların fikrincə, İsrailin səmimiyyətinə baxmayaraq, Amerika tərəfi İsrail qoşunları Livanın "Hizbullah"ına qarşı əməliyyatlar keçirərkən, Təl-Əvivlə koordinasiyada İrana zərbə endirə bilər.
İsrailin “Kan” telekanalı xəbər verib ki, Baş nazir Binyamin Netanyahu Vladimir Putinlə söhbətində İrana, İsrailin Tehrandan mümkün qabaqlayıcı zərbəni önləmək üçün hücum etmək niyyətində olmadığını bildirməsini xahiş edib.
İrandakı etirazlar dekabrın sonundan davam edir, ölkədəki iqtisadi vəziyyətdən narazılıq səbəbindən başlayıb. İran hakimiyyəti internet və mobil rabitəyə girişi məhdudlaşdırıb, bu da iğtişaflar nəticəsində həlak olanların sayını təsdiqləməyi çətinləşdirir.
Yanvarın 14-də Tramp, nümayişçilərin ölümünün dayandırılması və edam planlarının olmaması barədə məlumat aldığını bildirib.
Almaz Həsənli















































.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)
.jpg-1-1.jpg)












.jpg)





















