Polis Dünya Çempionu boksçu Gervonta  Devisin həbsinə order verib

Polis Dünya Çempionu boksçu Gervonta Devisin həbsinə order verib

10:35
Bəyəndim (2) Bəyənmədim (0)


Dünya Yüngül Çəkili Boks Çempionu Gervonta Devis Florida polisi tərəfindən məişət zorakılığı ittihamları ilə axtarılır. Onun həbsi üçün order döymə, qanunsuz həbs və adam oğurluğuna cəhd ittihamları ilə verilib.

Los Angeles Times qəzetinin Mayami Polis Rəisi Emmanuel Jeanty-yə istinadən verdiyi məlumata görə, hadisə ötən ilin 29 oktyabrında baş verib. Devislə yaxın münasibətdə olan zərərçəkmişin sözlərinə görə, boksçu Devisin işlədiyi kluba girib, boğazından və saçından tutub, sonra isə zorla qaraja aparıb. Orada Devis onu buraxıb. Qadın yüngül xəsarətlər alıb.

Polis müşahidə kameralarını araşdırdıqdan sonra zərərçəkmişin ifadəsini təsdiqləyib. Zərərçəkmişin şəxsiyyəti rəsmi olaraq açıqlanmayıb, lakin Los Angeles Times qəzetinin məlumatına görə, 30 oktyabrda özünü keçmiş sevgilisi kimi təqdim edən Mayami sakini Kortni Rossel oxşar ittihamlarla Devisə qarşı mülki iddia qaldırıb.

Əziz MUSTAFA