İran hakimiyyəti hava məkanını müvəqqəti olaraq mülki aviasiya üçün bağlayıb

İran hakimiyyəti hava məkanını müvəqqəti olaraq mülki aviasiya üçün bağlayıb

10:00
Bəyəndim (3) Bəyənmədim (0)


İran hakimiyyəti hava məkanını müvəqqəti olaraq mülki aviasiya üçün bağlayıb. Flightradar24 bu barədə X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

İki saatdan bir az çox müddətə qüvvədə olan yeni bildirişə görə, hava məkanı icazə verilən beynəlxalq uçuşlar istisna olmaqla, bütün uçuşlar üçün bağlanacaq.

15 yanvarda Moskvadan Tehrana uçan təyyarənin İran hava məkanının bağlanması ilə bağlı xəbərlər fonunda Şeremetyevo hava limanına qayıddığı bildirilib. Airbus A321 təyyarəsi geri dönməzdən əvvəl Volqoqrad bölgəsinə uçub və Moskvaya yola düşüb.

Əvvəllər Reuters yüksək vəzifəli bir Avropa rəsmisinə istinadən ABŞ administrasiyasının növbəti 24 saat ərzində İrana hərbi zərbə endirə biləcəyini bildirmişdi.

Bu yaxınlarda Ağ Ev rəhbəri iranlıları etirazlarını davam etdirməyə çağıraraq onlara "kömək yoldadır" vəd etmişdi.

Əziz MUSTAFA