Danimarka Qrenlandiyaya hərbi hissələr göndərir

Danimarka Qrenlandiyaya hərbi hissələr göndərir

08:11
Bəyəndim (2) Bəyənmədim (0)

Euractiv çərşənbə günü yerli mediaya istinadən xəbər verir ki, Danimarka Qrenlandiyaya qoşun yerləşdirməyə başlayıb və bundan sonra NATO müttəfiq qüvvələrinin adaya köçürülməsi gözlənilir.

"Danimarka yayımçısı DR-nin məlumatına görə, Danimarka Silahlı Qüvvələrinin qabaqcıl bölməsi artıq daha böyük bölmələrin mümkün yerləşdirilməsi üçün yol açmaq məqsədilə Qrenlandiyaya gəlib", - portal bildirir.

Euractiv qeyd edir ki, Qrenlandiya və Danimarka hakimiyyəti adada genişləndirilmiş hərbi mövcudluğu, eləcə də 2026-cı il ərzində müttəfiqlərlə təlimlərin davam etdiriləcəyini elan edib.

"Qrenlandiya sakinləri, o cümlədən NATO müttəfiqlərindən daha çox hərbi təyyarə, qoşun və gəmi görməyə hazır olmalıdırlar", - portal Qrenlandiya hökumətinin saytında dərc olunmuş bəyanata istinadən bildirir.

Yanvarın əvvəlində ABŞ prezidenti Donald Tramp Vaşinqtonun bu və ya digər şəkildə Qrenlandiyaya nəzarəti ələ keçirəcəyini bildirmişdi. "Əgər bunu asan yolla edə bilsək, əla. Əgər edə bilməsək, onda çətin yolla edəcəyik", - deyə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Əziz Mustafa