NASA 2030-cu ilə qədər Ayda nüvə reaktoru quraşdırmağı planlaşdırır

NASA 2030-cu ilə qədər Ayda nüvə reaktoru quraşdırmağı planlaşdırır

15:54
Bəyəndim (3) Bəyənmədim (0)


NASA 2030-cu ilə qədər Ayın səthində avtonom nüvə reaktoru yerləşdirmək planlarını açıqlayıb. Layihə "Artemis" proqramının bir hissəsi olacaq və gələcək Ay missiyaları üçün sabit enerji təchizatını təmin etməli, kosmos tədqiqatlarının inkişafında yeni mərhələ açmalıdır. Oxuməni.az xəbər verir ki, bu barədə "Space" nəşri məlumat yayıb.
Agentlik qeyd edir ki, nüvə enerjisi işıqlandırmadan asılı olan və uzun Ay gecələrində işləyə bilməyən günəş panellərinə əsas alternativ kimi nəzərdən keçirilir. Nüvə sistemləri isə elmi bazalar, avadanlıqlar və astronavtların həyat təminatı üçün fasiləsiz enerji təchizatını təmin edə biləcək.
Yanvarın 13-də NASA və ABŞ Energetika Nazirliyi Ayın nüvə enerji sisteminin birgə inkişafı və tətbiqini nəzərdə tutan əməkdaşlıq memorandumunu imzalayıblar. Layihə kosmosda nüvə texnologiyalarından istifadə üzrə 50 ildən artıq təcrübəyə əsaslanır və mütəxəssislərin fikrincə, təkcə Aya deyil, həm də Marsa gələcək missiyalar üçün təməl olacaq.
NASA rəhbəri Jared Ayzekman bu təşəbbüsü "bəşəriyyətin kosmosdakı gələcəyinin təməli" adlandıraraq, yeni razılaşmanın "kosmos tədqiqatlarının qızıl dövrünə" yol açdığını vurğulayıb.
Almaz Həsənli