Ermənistan ABŞ-a "Tramp Marşrutu" üzərində nəzarəti 49 il müddətinə verəcək
ABŞ "Tramp Marşrutunu" (Azərbaycanın əsas hissəsini Ermənistan ərazisi vasitəsilə Naxçıvan anklavı ilə birləşdirən dəhliz) 49 il müddətinə icarəyə götürəcək. Bu, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən dərc edilmiş "Tramp Marşrutunu Beynəlxalq Sülh və Rifaha Doğru Yol" (TRIPP) layihəsinin həyata keçirilməsinə dair Ermənistan və ABŞ arasında imzalanmış müqavilədə qeyd olunur.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio TRIPP-in həyata keçirilməsi üçün çərçivəni təqdim etmək məqsədilə Vaşinqtonda görüşdülər. Nazirlik qeyd edib ki, dərc olunmuş sənəd 8 avqust 2025-ci ildə Ağ Evdə Cənubi Qafqazda davamlı sülhün təşviq edilməsi üçün götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində yeni bir addımdır.
Mirzoyan və Rubionun birgə bəyanatında bildirilir ki, Ermənistan TRIPP layihəsinin inkişafına cavabdeh olacaq “TRIPP Development Company”nin, yaradılmasına icazə vermək və onu dəstəkləmək niyyətindədir və 49 il müddətinə ilkin inkişaf hüququ əldə edəcək.
Yerevan Vaşinqtona “TRIPP Development Company”də 74% pay təklif etmək, 26%-ni saxlamaq niyyətindədir. Bu tərəfdaşlığın daha 50 il müddətinə uzadılması və Ermənistan hökumətinə əlavə mülkiyyət payının verilməsi və onun payının 49%-ə çatdırılması gözlənilir.
“TRIPP Development Company”, dəmir yolu və yol tikintisi layihələrini birbaşa həyata keçirəcək və digər layihələr üçün törəmə müəssisələrin yaradılması da nəzərdə tutulur.
Almaz Həsənli





















.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)
.jpg-1-1.jpg)












.jpg)













































