Rza Pəhləvi İranda geniş dəstək qazana bilməyəcək

Rza Pəhləvi İranda geniş dəstək qazana bilməyəcək

08:06
Bəyəndim (3) Bəyənmədim (0)

İranın son şahının böyük oğlu Rza Pəhləvi İranda geniş dəstək qazana bilməyəcək. Fudan Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Sun Deqanq bu barədə TASS-a açıqlamasında bildirib.

Professor qeyd edib ki, "Etirazlara baxmayaraq, İranda hələ də müxalifət lideri ortaya çıxmayıb. Pəhləvi uzun müddət ABŞ-da yaşayıb. O, ABŞ tərəfindən qəsdən yetişdirilən amerikalı bir himayədardır və İran cəmiyyətinin əksəriyyətindən geniş dəstək qazanması ehtimalı azdır."

Ekspertin fikrincə, İslam Respublikasındakı etirazlarda Rza Pəhləvinin şəkillərinin olması sadəcə əhalinin bir hissəsinin mövcud hökumətdən narazılığını göstərir, lakin monarxiyanı bərpa etmək istəyini ifadə etmir. 1979-cu il İran İslam İnqilabı Şah Məhəmməd Rza Pəhləvi hökumətindəki korrupsiyaya qarşı xalqın narazılığı ilə başladı və bu da onun devrilməsinə səbəb oldu. Sun Deqanın sözlərinə görə, qırx yeddi il sonra İranda monarxiyanın bərpası üçün artıq heç bir xalq istəyi və ya ideoloji əsas qalmayıb.

Rza Pəhləvi 1960-cı ildə Tehranda anadan olub. 1967-ci ildə vəliəhd titulunu alıb və atası Məhəmməd Rza Pəhləvinin ölümündən sonra taxta çıxacağı gözlənilirdi. Lakin 1979-cu il İslam İnqilabı nəticəsində İranda monarxiya devrildi və sonuncu şahın ailəsi varisi ilə birlikdə ölkədən qaçmağa məcbur oldu. Atasının 1980-ci ildə ölümündən sonra sonuncu şahın uşaqlarının ən böyüyü olan Rza Pəhləvi Pəhləvi sülaləsinin başçısı oldu və hələ də taxt-taca iddia edir.
O, hazırda ABŞ-da yaşayır və mövcud İran hakimiyyətinin müxalifətidir, Parisdə yerləşən İran Milli Şurasına rəhbərlik edir. Bu qrup İslam Respublikasında fəaliyyəti qadağan edilmiş İran siyasi mühacirləri tərəfindən yaradılıb.

Əziz MUSTAFA