Ermənistan hakimiyyəti Türkiyə sərhədindən rus hərbçilərini çıxarmağı planlaşdırır

Ermənistan hakimiyyəti Türkiyə sərhədindən rus hərbçilərini çıxarmağı planlaşdırır

14:11
Bəyəndim (3) Bəyənmədim (0)


Ermənistan hakimiyyəti Türkiyə sərhədində yerləşən Axurik zastavasının buraxılış məntəqəsindən rus sərhədçilərini çıxarmağa hazırlaşır. Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistanın News.am informasiya agentliyi diplomatik dairələrdəki mənbəyə istinadən məlumat yayıb.
"Axurik zastavasındakı buraxılış məntəqəsinin birbaşa təhvil verilməsi barədə qərar artıq qəbul edilib, hətta bayraq dirəyi də quraşdırılıb. Bununla belə, zastavada rus sərhədçiləri qalacaq. Hazırda Türkiyəyə gedən dəmir yolu xəttinin vəziyyəti qiymətləndirilir", - agentlik vurğulayıb.
Qeyd olunur ki, Türkiyə artıq Marqarada buraxılış məntəqəsinin tikintisinə başlayıb. Müvafiq olaraq, iki buraxılış məntəqəsinin fəaliyyətə başlaması sərhədin açılması istiqamətindəki ciddi niyyətləri göstərir.
Lakin hüquq-mühafizə orqanları sərhəd pozuntularının artması ehtimalı ilə əlaqədar belə bir ideyanın həyata keçirilməsindən narahatdır. 2024-cü ilin məlumatlarına görə, ölkədə dövlət sərhədinin qanunsuz yolla keçilməsinin 160 faktı qeydə alınıb.
Almaz Həsənli