Senatordan Trampa çağırış: İranın Ali Liderini aradan götürün
Respublikaçı Amerika senatoru Lindsi Qrem “Fox News”telekalının efirində, İranda davam edən etirazlar fonunda ABŞ prezidenti Donald Trampa İranın Ali Lideri Əli Xameneini aradan götürməyi təklif edib.
Qrem, Trampı "İran xalqının tərəfində durduğu" üçün tərifləyərək, Ayətullah Xameneini "dəhşətli insan" adlandırıb. Onun sözlərinə görə, İran liderinin "getməli vaxtı çatıb" və xalq da bunu istəyir.
"Donald Tramp deyir ki, İranı yenidən böyük etməyin ən yaxşı yolu etirazçıların qələbəsi və rejimin devrilməsidir. Buna necə nail olmaq olar? Hansı addımları atsaq da, cənab prezident, onlar etirazçıları ruhlandırmalı və rejimi qorxutmalıdır," - deyə Qrem fikirlərini bölüşüb.
O, Trampın yerində olsaydı, öz xalqına qarşı çıxan liderləri aradan qaldıracağını bildirib. Senator Trampa "buna son qoymağı" çağırıb.
Dekabrın sonunda İranda yerli valyutanın devalvasiyası fonunda etirazlar başlayıb. Onlar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, o cümlədən gözyaşardıcı qaz və pnevmatik silahlardan istifadə ilə müşayiət olunub. Etirazlar ölkənin 25 əyalətində 60-dan çox şəhəri əhatə edib. Ən böyük aksiyalar Tehranda, ən kəskin toqquşmalar isə qərbdə və cənub-qərbdə, Mələkşahi, Kirmanşah, Lurdəqan şəhərlərində qeydə alınıb.
Almaz Həsənli














.jpg)



































































