İran Rusiyaya bir neçə milyard dollar dəyərində raket və dron satıb

İran Rusiyaya bir neçə milyard dollar dəyərində raket və dron satıb

08:12
Bəyəndim (2) Bəyənmədim (0)

Son bir neçə ildə İran Kreml lideri Vladimir Putinə Ukraynaya qarşı müharibədə kömək etmək üçün Rusiyaya bir neçə milyard dollar dəyərində raket və dron satıb. Bu barədə Bloomberg məlumat yayıb.

Anonimlik şərti ilə danışan bir rəsminin sözlərinə görə, İranın 2021-ci ilin oktyabr ayından, hətta Ukraynadakı tammiqyaslı müharibədən əvvəl Rusiya ilə bağladığı müqavilələrin məbləği təxminən 2,7 milyard dollardır.

Satınalmalar arasında yüzlərlə Fəth-360 qısa mənzilli ballistik raket, təxminən 500 digər qısa mənzilli ballistik raket və hava hücumundan müdafiə sistemlərinin bir hissəsi olan təxminən 200 zenit raketi var idi.

Bloomberg həmçinin bildirir ki, İran Rusiyaya milyonlarla patron və mərmi tədarük edib, lakin bu qiymətləndirmə Moskvanın Tehrandan bütün alışlarını əks etdirmir, çünki əlavə avadanlıq gözlənilir.

Bundan əlavə, İran Rusiyaya Şahed-136 kamikaze dronları və 2023-cü ilin əvvəlində imzalanmış 1,75 milyard dollarlıq müqavilənin bir hissəsi olaraq Rusiyanın onları Geran-2 adı altında daxili istehsal etməsinə imkan verən ortaq texnologiya tədarük edib.

Hesablamalara görə, Rusiya 2021-ci ilin sonundan bəri İran hərbi texnikasına 4 milyard dollardan çox pul xərcləyib.

Əziz Mustafa