İsrail Livanın cənubunda "Hizbullah" infrastrukturuna zərbələr endirib

İsrail Livanın cənubunda "Hizbullah" infrastrukturuna zərbələr endirib

14:06
Bəyəndim (3) Bəyənmədim (0)


İsrail Müdafiə Ordusu Livanın cənubuna zərbələr endirib. Oxuməni.az "Euronews"a istinadla xəbər verir ki, ordudan verilən məlumata görə, hücuma "Hizbullah" qruplaşmasının infrastrukturu və döyüşçüləri məruz qalıb.
Livan rəsmilərinin məlumatına görə, İsrail təyyarələri Kəfər-Hatta qəsəbəsi ərazisində 10-dan çox reyd həyata keçirib. Bir nəfərin öldüyü bildirilir.
İsrail Müdafiə Qüvvələri (SAXAL) əməliyyatın məqsədinin qruplaşmanın bu ərazidə fəaliyyətini bərpa etmək cəhdlərinin qarşısını almaq olduğunu bildirir. SAXAL -ın X platformasında ərəb dilində yayımlanan video müraciətində nümayəndəsi əhalini xəritədə təhlükəli zona kimi göstərilən əraziyə yaxın evlərini tərk etməyə çağırıb.
Hərbçilərin sonradan bildirdiyinə görə, zərbələr silah anbarlarına endirilib. İsrail "Hizbullah"ın Livanın cənubundakı hərəkətlərini 27 noyabr 2024-cü il tarixli ikitərəfli atəşkəs sazişinin pozulması hesab edir.
Bir neçə gün əvvəl Livan ordusu Litani çayının cənubunda "Hizbullah"dan silahların alınması planının birinci mərhələsinin başa çatdığını elan edib. İsrail Livanın səylərini qeyri-kafi hesab edir.
Almaz Həsənli