Zelenski Avropanı Kiyevə HHM raketləri verməyə çağırıb
Ukrayna Prezidenti Vladimir Zelenski Avropanı Kiyevə hava hücumundan müdafiə (HHM) sistemləri üçün raketlər verməyə çağırıb. Ukrayna liderinin müraciəti bazar günü onun Telegram kanalında yerləşdirilib.
Dövlət başçısı vurğulayıb ki, "birinci prioritet HHM üçün raketlərdir". Onun sözlərinə görə, yanvarın 12-də bu məsələnin müzakirə olunacağı görüş keçiriləcək. Zelenski qeyd edib ki, "PURL proqramına tərəfdaşlardan yeni töhfələr, həmçinin Avropadakı anbarlardan tədarüklər lazımdır".
PURL (Prioritised Ukraine Requirements List, "Ukrayna üçün prioritet tələblər siyahısı" - Red.) proqramı 2025-ci ilin yayından NATO-nun ABŞ Prezidenti Donald Trampla razılaşması əsasında fəaliyyət göstərir.
Ukrayna Prezidentinin sözlərinə görə, "anbarlarda raketlər var". O, "biz bunu bilirik" deyə vurğulayıb və əlavə edib ki, bu silah "səmamızın müdafiəçilərində" olmalıdır.
Almaz Həsənli


























































.jpg)


.jpg-1-1.jpg)

.jpg)


















