Britaniya Ukrayna üçün yeni ballistik raket hazırlamaq istəyir

Britaniya Ukrayna üçün yeni ballistik raket hazırlamaq istəyir

08:00
Bəyəndim (3) Bəyənmədim (0)

Britaniya Ukrayna üçün 300 milə qədər mənzilli yeni "Nightfall" ballistik raketi hazırlamağı planlaşdırır. Bu barədə "The Daily Mail" məlumat yayıb.

"Nightfall" 200 kiloqramlıq döyüş başlıqları ilə təchiz olunacaq. Qəzetin məlumatına görə, Böyük Britaniya Müdafiə Nazirliyi 9 milyon funt sterlinqlik müqavilə çərçivəsində üç sınaq raketi hazırlamaq və təchiz etmək üçün bir neçə şirkətə müraciət edib.

9 yanvarda Kiyevə işgüzar səfəri zamanı Böyük Britaniyanın Müdafiə naziri Con Healey atəşkəs vəziyyətində Ukraynaya yerləşdirilmək üçün Britaniya qoşunlarının hazırlanmasına təxminən 200 milyon funt sterlinq xərcləmək qərarını açıqlayıb.

Əziz Mustafa